Xəzər Xəbər

90 milyon + İnyesta = ?

İdman | 14:18 • 6 Avqust 2017
90 milyon + İnyesta =

Paulo Dibala "Barselona"nın əsas transfer hədəflərindən biridi.

"Corriere dello Sport" xəbər verir ki, Kataloniya klubu onu PSJ-yə keçən Neymarın boş qoyduğu mövqeyi doldurmaq üçün istəyir.

La Liqa təmsilçisi Dibalaya görə "Yuventus"a 120 milyon avro ödəməyə hazırdı. Digər variant isə 90 milyon və təcrübəli Andres İnyestanın İtaliya təmsilçisinə verilməsidi. Turinlilər təklif haqda düşünmək üçün "Barsa" rəhbərliyindən vaxt istəyib.

Xəbər lenti