Xəzər Xəbər

"Monako" rəsmisindən Mbappe açıqlaması

İdman | 12:33 • 6 Avqust 2017
"Monako" rəsmisindən Mbappe açıqlaması

"Monako"nun vitse-prezindeti Vadim Vasilyev adı Avropanın nəhəng klublarıyla hallanan komandanın gənc hücumçusu Kilian Mbappe haqda açıqlama verib.

Klub rəsmisi oyunçunun ayrılıq tələbi olmadığını bildirib:

"Mbappe heç vaxt bizə ayrılmaq istədiyini söyləməyib. Bu barədə ancaq mətbuatda var. Mbappe sonda doğru qərar verəcək. Məndən soruşsanız, onun komandada qalmasını istəyirəm. Hamımız Mbappenin adına düzgün qərar verməliyik. Önəmli olan yalnızklubun və ya futbolçunun deyil, hər iki tərəfin düzgün qərar verməsidir".

Qeyd edək ki, bir müddət əvvəl İspaniyanın "Marca" qəzeti "Real"ın Mbappe transferində "knyazlıq klubu" ilə razılığa gəldiyini yazmışdı.

Xəbər lenti