Xəzər Xəbər

Burak Yılmaz rəsmən "Trabzonspor"da

İdman | 12:18 • 6 Avqust 2017
Burak Yılmaz rəsmən "Trabzonspor"da

İddialı komanda olmağı hədəfləyən "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

"Bordo-mavilər"Çinin "Pekin Qoyan" klubundan Burak Yılmazı transfer edib. Bu barədəQara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Trabzonspor" Türkiyə millisinin üzvü üçün asiyalılara 3,5 milyon avro ödəyəcək. 3 illik müqaviləyə imza atan 32 yaşlı forvard yeni komandasında illik 3 milyon 550 min avro maaş alacaq.

Qeyd edək ki, Burak Yılmaz "Pekin Qoyan"a 2016-cı ilin qışında "Qalatasaray"dan transfer olmuşdu. O, Çin klubunun heyətində meydana çıxdığı 28 rəsmi matçda 19 qol vurmağı bacarıb.

Xatırladaq ki, təcrübəli hücumçu daha öncə 2010-2012-ci illərdə "Trabzonspor"da çıxış etmişdi.

Xəbər lenti