Xəzər Xəbər

“Qarabağ”ın oyununun dəqiq vaxtı açıqlandı

İdman | 10:02 • 5 Avqust 2017
“Qarabağ”ın oyununun dəqiq vaxtı açıqlandı

"Qarabağ” komandasının futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarka çempionu "Kopenhagen” klubu ilə keçirəcəyi oyunların tarixləri müəyyənləşib.

XəzərXəbər UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar arasında ilk görüş avqustun 15-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Cavab matçı isə avqustun 23-də Kopenhagen şəhərindəki "Telia Parken” stadionunda oynanılacaq.

Xəbər lenti