Xəzər Xəbər

"Barsa" Neymara əvəzləyici gətirir 80 milyona

İdman | 20:34 • 4 Avqust 2017
"Barsa" Neymara əvəzləyici gətirir

"Barselona" Dortmund "Borussiya"sının hücumçusu Usman Dembeledən əl çəkmir. Bu haqda "La Gazzeta dello Sport"un müxbiri Tankredi Palmeri məlumat verib.

O, katalonların Dembeleyə görə 80 milyon avro xərcləməyə hazır olduqlarını bildirib. Tankredi danışıqların davam etdiyini və Almaniya klubunun yola gələcəyini vurğulayıb.

Qeyd edək ki, "Barsa" Neymarı 222 milyon avro qarşılığında PSJ-yə göndərib və futbolçu artıq ictimaiyyətə rəsmən təqdim olunub. Hazırda ön xətti gücləndirmək Kataloniya klubunun əsas hədəfidi.

Xəbər lenti