Xəzər Xəbər

Yüzilliyin transferi baş tutdu - Neymar PSJ-də!

İdman | 10:40 • 4 Avqust 2017
Yüzilliyin transferi baş tutdu -

Fransanın "Pari Sen-Jermen” (PSJ) Braziliya yığmasının hücumçusu Neymarla 5 illik müqavilə bağlayıb. Bu barədə klubun "Instagram” səhifəsində bildirilir.

Hazırda Neymarın 25 yaşı var və o, 30 iyun 2022-ci ilə kimi PSJ-nin formasını geyinəcək. O, omzaladığı müqqavilə ilə dünyanın ən bahalı futbolçusu adını qazanıb.

PSJ Neymara hər sezon üçün 45 milyon avro ödəyəcək. Bununla da Neymar PSJ-yə 400 milyon avroya başa gələcək.

Xəbər verildiyi kimi, PSJ futbolçuya görə "Barselona"ya 222 milyon avro cərimə ödəməyə razı olub.

UEFA klublar arasında əldə olunan razılaşmanın qaydalara zidd olub-olmadığını yoxlayacaq.

Xəbər lenti