Xəzər Xəbər

"Qarabağ"ın ÇL-də növbəti rəqibi müəyyənləşir PÜŞKATMA

İdman | 10:16 • 4 Avqust 2017
"Qarabağ"ın ÇL-də növbəti rəqibi müəyyənləşir

Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

XəzərXəbər xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Qarabağ" komandasının da rəqibi müəyyənləşəcək.

Artıq səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisinin 5 potensial rəqibi də bəllidir. Bunlar "Maribor" (Sloveniya), "Kopenhagen" (Danimarka), "Seltik" (Şotlandiya), APOEL (Kipr) və "Olimpiakos" (Yunanıstan) klublarıdır.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək.

Xəbər lenti