Xəzər Xəbər

"Qəbələ" Avroliqada mübarizəni dayandırdı

İdman | 09:52 • 4 Avqust 2017
"Qəbələ" Avroliqada mübarizəni dayandırdı

"Qəbələ” klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Yunanıstanın "Panatinaikos” komandası ilə qarşılaşıb.

"Bakcell Arena”da keçirilən oyunda "Qəbələ” 1:2 hesabı ilə məğlub olub.

Oyunun 52-ci dəqiqəsində yunanların oyunçusu Moledo öz qapısına qol vurub. Lakin " Panatinaykos" 63-cü dəqiqədə Lod və 66-cı dəqiqədə Kabezasın qolları ilə iləri çıxıb 1:2.

Afinada keçirilən ilk matçda da məğul olan "Qəbələ" Avroliqada mübarizəni dayandırıb.

Xəbər lenti