Xəzər Xəbər

"Beşiktaş" daha bir transferi reallaşdırdı

İdman | 18:09 • 3 Avqust 2017
"Beşiktaş" daha bir transferi reallaşdırdı

Beşiktaş” Alvaro Neqredodan sonra daha bir oyunçunu heyətinə cəlb edib. XəzərXəbər-in Türkiyə mətbuatına istinadən məlumatına görə, "ağ-qaralar” "Sanderlend”in yarımmüdafiəçisi Cermeyn Lensi transfer ediblər.

Futbolçu ilə çoxdan ortaq məxrəcə gələn Superliqa çempionu, nəhayət ki, onun klubu "Sanderlend”i də razı sala bilib. Ötən mövsümü icarə əsasında "Fənərbaxça”da keçirən Lens "Beşiktaş”a 5 milyon avroya başa gəlib.

30 yaşlı hücumameyilli oyunçu yeni komandası ilə 5 illik müqaviləyə qol çəkib. Hollandiya millisinin üzvünün illik məvacibi 2,2 milyon avro təşkil edəcək. Klub bu transferi rəsmən açıqlayıb.

Xəbər lenti