Xəzər Xəbər

"Barsa" təklifini 120 milyon avroya qaldırdı KEÇİD ALINACAQ?

İdman | 17:39 • 3 Avqust 2017
"Barsa" təklifini 120 milyon avroya qaldırdı

"Barselona” "Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyoya görə yeni təkliflə çıxış edib. İngiltərə mətbuatı xəbər verir ki, 100 milyon avroluq təklifi geri çevrilən kataloniyalıların rəhbərliyi bu dəfə "qırmızılar"a 120 milyon ödəməyi planlaşdırır.

"Deyli Meyl" nəşri futbolçunun İspaniya nəhənginə keçməyə hazır olduğunu, "Liverpul" bosslarının isə "Barsa"ya cavab verməyə tələsmədiyini vurğulayıb.


Qeyd edək ki, 2013-cü ildən "Liverpul”da top qovan Koutinyo 182 oyunda 42 qol vurub.

Xəbər lenti