Xəzər Xəbər

"Beşiktaş" "Valensiya"nın hücumçusunu transfer etdi

İdman | 14:15 • 3 Avqust 2017
"Beşiktaş" "Valensiya"nın hücumçusunu transfer etdi
Son Türkiyə çempionu olan "Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.

İstanbul təmsilçisi "Valensiya"nın hücumçusu Alvaro Neqredonu transfer edib. 31 yaşlı futbolçu ilə 2+1illik müqavilə imzalanıb. "Qara qartallar" İspaniya millisinin üzvünün keçidi üçün "yarasalar"a2,5 milyon avro ödəyib. Təcrübəli futbolçu sabah İstanbula gələrək tibbi müayinədən kəçəcək və ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Neqredo 2014-cü ildən "Valensiya"da çıxış edirdi. O, son mövsümü "Midlzbro"nun heyətində icarə əsasında çıxış edib və 36 oyuna 9 qol vurub.

Xəbər lenti

Çox oxunanlar