Xəzər Xəbər

Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu RƏSMİ

İdman | 10:03 • 3 Avqust 2017
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu

Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib.

XəzərXəbər xəbər verir ki, Fatih Terimin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Mirça Luçesku gətirilib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi aytı məlumat yayıb. Onunla 2+1 illik müqavilə imzalanıb. 72 yaşlı çalışdırıcı ilinə 2.5 milyon avro maaş alacaq.

Luçesku avqustun 4-də ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, M.Luçesku 2000-2002-ci illərdə "Qalatasaray", 2002-2004-cü illərdə "Beşiktaş"da baş məşqçilik edib. O,ötən mövsüm "Zenit"i çalışdırıb.

Xəbər lenti