Xəzər Xəbər

Burak Yılmaz Türkiyəyə qayıtdı

İdman | 17:35 • 2 Avqust 2017
Burak Yılmaz Türkiyəyə qayıtdı

Türkiyə millisinin üzvü Burak Yılmazın yeni klubunun adına aydınlıq gəlib.

Son iki mövsümü Çinin "Pekin Qoyan" klubunun heyətində keçirən hücumçu karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu "Trabzonspor" klubu ilə münasibətlərini rəsmiləşdirib. Burak sabiq komandası ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Burak Yılmaz 2010/12-ci illərdə "Trabzonspor"un uğurları üçün çalışıb.

Xəbər lenti