Xəzər Xəbər

Neymar məşqlərə çıxmadı! PSJ-yə transfer olacaqmı?

İdman | 16:05 • 2 Avqust 2017
Neymar məşqlərə çıxmadı!
Fransanın PSJ klubuna tranfer olması gündəmdən düşməyən Neymar, "Barselona"nın bugünkü məşqində iştirak etməyib.

Kataloniya klubunun rəsmi tvitter hesabından verilən açıqlamada texniki heyətin icazəsi ilə braziliyalı futbolçunun məşqdə iştirak etmədiyi bildirilib.

İspaniya mətbuatı Neymarın komanda yoldaşları ilə vidalaşdığını və bir neçə gün ərzində fransız klubu ilə rəsmi müqavilə imzalayacaını iddi edib.

PSJ, Neymarı heyətinə qatmaq üçün "Barselona"ya 222 milyon avro təzminat ödəməlidir.

Xəbər lenti