Xəzər Xəbər

Püşk atıldı MÖVSÜM DERBİYLƏ BAŞLAYACAQ

İdman | 13:41 • 2 Avqust 2017
Püşk atıldı

Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün püşkatma mərasimi baş tutub. XəzərXəbər xəbər verir ki, AFFA-nın mənzil-qərargahında keçirilən tədbirdə 8 elita komandası təmsil olunub.

Sayca 26-cı çempionatın açılış turunun matçları da müəyyənləşib. Yeni sezonun birinci oyun həftəsində "Qarabağ” rəqib meydanında "Neftçi” ilə qarşılaşacaqsa, "Qəbələ” Bakıda "İnter”in qonağı olacaq.


I tur

"İnter" - "Qəbələ"

"Neftçi" - "Qarabağ"

"Zirə" - "Səbail"

"Sumqayıt" - "Kəpəz"


Qeyd edək ki, ilk turun oyunları avqustun 11-13-ü aralığında keçiriləcək.

Xəbər lenti