Xəzər Xəbər

"Mançester Yunayted"dən 44.7 milyonluq transfer RƏSMİ

İdman | 14:35 • 1 Avqust 2017
"Mançester Yunayted"dən 44.7 milyonluq transfer

"Mançester Yunayted" növbəti transferini reallaşdırıb. "Qırmızı-şeytanlar" "Çelsi"dən Nemanya Matiçi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. Rəsmi açıqlamada futbolçunun transfer qiyməti barədə məlumat verilməyib. Amma yerli mətbuat Matiç üçün "Çelsi"yə 40 milyon funt-sterlinq (44,7 milyon avro) ödəndiyini yazıb.

Qeyd edək ki, Matiç "Çelsi"yə 2014-cü ildə "Benfika"dan 25 milyon avroya transfer olunmuşdu. O, London klubunda "Mançester Yunayted"in hazırkı baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında oynayıb./fanat.az

Xəbər lenti