Xəzər Xəbər

"Galatasaray"da kapitanlıq sarğısı Selçukdan alındı

İdman | 14:06 • 1 Avqust 2017
"Galatasaray"da kapitanlıq sarğısı Selçukdan alındı

"Galatasaray"ın yeni mövsümdən kapitanı dəyişəcək.

Kapitanlıq sarğısı Selçuk İnandan Fernando Musleraya verilib. 31 yaşlı qolkiper əsas kapitan kimi "Kayserispor" matçında debüt edəcək.

Bunun yeganə səbəbi Selçuk İnanın optimal formadan xeyli uzaq olmasıdır. Fernando və Badu Ndiayenin transferindən sonra isə türkiyəli yarımmüdafiəçinin "Cim bom"u tərk etmək ehtimalı da yüksəkdir. O, hər dəfə azarkeşlərin etirazına məruz qalır.

Fernando Muslera 2011-ci ildə "Lazio"dan İstanbul klubuna keçib. Bir neçə gün öncə uruqvaylı əlcək ustası klubla müqaviləsini 2021-ci ilə kimi yeniləmişdi.

Xəbər lenti