"Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiç "Mançester Yunayted”ə transferi rəsmiləşib.
Bu barədə məlumatı "qırmızı şeytanlar"ın rəsmi saytı yayıb. Bu keçid "Mançester Yunayted"ə40 milyon funt sterlinqə başa gəlib. Matiçlə 3+1 illik şərti ilə müqavilə bağlanıb.
Qeyd edək ki, 28 yaşlı serbiyalı futbolçu "Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo ilə "Çelsi”də işlədiyi vaxtda birgə çalışıb.