Xəzər Xəbər

"Qarabağ" tarix yazmağın bir addımlığında

İdman | 10:08 • 1 Avqust 2017
"Qarabağ" tarix yazmağın bir addımlığında

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

XəzərXəbər xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə cavab oyununa çıxacaq.

Təmsilçimizin rəqibi Moldovanın "Şerif” klubu olacaq. Bakıda keçirilən oyun qolsuz heç-heçə ilə bitib. Bu baxımdan hər iki komandanın mərhələ keçmək şansı var.

Qeyd edək ki, "Qarabağ” mərhələni keçəcəyi təqdirdə Azərbaycan futbolunda yeni tarix yazacaq.

Xəbər lenti