Xəzər Xəbər

Türkiyə millisinin üzvündən uğursuz start: 6 həftəlik sıradan çıxdı

İdman | 12:04 • 31 İyul 2017
Türkiyə millisinin üzvündən uğursuz start:

"Qalatasaray”dan ayrılaraq "Sparta”ya keçən Semih Kayanın Çexiya I Liqasındakıdebütü uğursuz alınıb.

Çempionatının ilk turunda "Bohemians”la matça (1:1) start heyətində başlayan müdafiəçi 45 dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Türkiyə millisinin üzvününayaq barmağı qırılıb. Semih bu zədə ücbatından 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.


Qeyd edək ki, 26 yaşlı müdafiəçi İstanbul klubundan 2 milyon avroya "Sparta"ya transfer olmuşdu.

Xəbər lenti