Xəzər Xəbər

Fatih Terim: İstefa verməmişəm, vəzifədən uzaqlaşdırıblar

İdman | 11:18 • 31 İyul 2017
Fatih Terim:

Terim Twitter hesabından bəyanat verib. O, istefa vermədiyini, vəzifəsinə son verildiyini bildirib: "Üç il yarım xidmət göstərdiyim Türkiyə Millisinin baş məşqçiliyi vəzifəsindən istefa verməmişəm. Daha dəqiq qeyd edim: Vəzifəmə Türkiyə Futbol Federasiyası tərəfindən son verilib."

XəzərXəbər-in məlumatına görə, Fatih Terim bildirib ki, bir müddət əvvəl baş vermiş hadisədən dərhal sonra İstanbulda, TFF prezidenti Yıldırım Demirörənin ofisində, Ali Dürüstün də iştirak etdiyi toplantıda bu hadisənin quruma və insanlara zərər verəcəksə, vəzifəsindən istefa verə biləcəyini söyləyib: "Bundan sonra Yıldırım Demirörən məni qucaqlayaraq, "Hocam, hələ görəcək çox işimiz var", - dedi və belə bir şeyin əsla söhbət mövzusu olmadığını söylədi.

Mən də komandamla birlikdə Dünya Çempionatının hazırlıqlarına davam etdim. 26 iyul günü səhər saatlarında Ali Dürüst ofisimə gəlib Yıldırım Demirörənin də iştirak etdiyi toplantıda qəbul olunan qərarı açıqladı və vəzifədən çıxarıldığımı söylədi."

Xəbər lenti