Xəzər Xəbər

"Barselona"dan 70 milyonluq transfer

İdman | 13:47 • 30 İyul 2017
"Barselona"dan 70 milyonluq transfer

"Barselona"nın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Kataloniya klubu Dele Allini heyətinə qatmağa çalışır.

"Mirror" yazır ki, "Barselona" yarımmüdafiə xəttinin mərkəzindəki problemi bu futbolçunu heyətinə qatmaqla həll etmək istəyir. "Tottenhem"in Nigeriya əsilli ingiltərəli futbolçu üçün 70-80 milyon avro tələb etdiyi deyilir.

Qeyd edək ki, Dele Alli 2015-ci ildə "MK Dons"dan "Tottnehem"ə 6,63 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub.

Xəbər lenti