Xəzər Xəbər

"Qarabağ"a qarşı oynayan futbolçuya 80 milyonluq təklif

İdman | 13:41 • 30 İyul 2017
"Qarabağ"a qarşı oynayan futbolçuya 80 milyonluq təklif

"Liverpul" "Leypsiq"in futbolçusu Nabi Keytaya elçi düşüb. İnglislər artıq rəsmi təkliflə Almaniya klubuna müraciət edib.

"Daily Mirror" qəzeti iddia edir ki, "Liverpul" qvineyalı futbolçu üçün almanlara 80 milyon avro təklif edib. "Leypsiq"in təklifə hansı cavabı verəcəyi bilinmir.

Qeyd edək ki, 2014-cü ildə "İstr"dan "Zalsburq"a 1,5 milyon avroya keçən Keyta 2 il sonra "Leypsiq"ə 15 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 27 milyon avro qiymət qoyub. Ötən mövsüm Almaniya klubunun heyətində 32 rəsmi oyuna çıxan 22 yaşlı yarımmüdafiəçi 8 qol vurub.

Nabi "Qarabağ"a qarşı oynayıb. Belə ki, futbolçu "Salsburq"da çıxış edərkən - 2014/15 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan klubuna qarşı forma geyinib. Bakıdakı ilk matçın 38-ci dəqiqəsində zədə səbəbindən əvəzlənən Keyta Avstriyadakı görüşün 73-cü dəqiqəsində meydana daxil olub. Həmin vaxt onun 19 yaşı olub./fanat.az

Xəbər lenti