Xəzər Xəbər

Müsəlman futbolçudan qərar: Xaça görə klubu tərk etdi

İdman | 17:48 • 28 İyul 2017
Müsəlman futbolçudan qərar:

Futbolçu loqosunda xaç işarəsi olan klubdan imtina edib.

Makedoniyanın "Skopye" futbol klubuna yeni transfer olunan Florent Osmani klubun loqosunda xaç olduğu üçün komandanı tərk edib.

2 həftə əvvəl komandaya qoşulan Osmani ölkə mətbuatına veridyi açıqlamada bildirib ki, dini səbəblərdən belə bir loqonu gəzdirə bilməz.

Klub rəhbərliyilə loqo məsələsini müzakirə etdiyini deyən Osmani "Rəhbərliklə bu gün oturduq danışdıq. Mən bu klubda oynamaq istəyirəm, amma bu loqonu daşımaq istəmirəm. Mən müsəlmanam. Loqonun sadəcə xaç olan hissəsini bağlamaq istədim. Ancaq mənim istədiyimi qəbul etmədilər. Dinim mənim üçün çox özəldir. Bu səbəbdən klubdan çıxmaq qərarı verdim" - deyə vurğulayıb.

Xəbər lenti