Xəzər Xəbər

75 milyonluq futbolçu arvadından boşandı

İdman | 17:04 • 28 İyul 2017
75 milyonluq futbolçu arvadından boşandı

"Real"ın "Bavariya"ya icarəyə verdiyi Xames Rodriges həyat yoldaşı Daniela Ospinadan boşanıb. Cütlüyün 6 illik ailə həyatı başa çatıb.

Bu barədə Ospinanın nümayəndəsi sosial mediada məlumat yayıb. "Arsenal"da forma geyinən qapıçı David Ospinan?n bacısı olan Danielanın Xamesdən bir qızı var.

Onların ayrılması ilə bağlı bir müddətdi məlumatlar yayılırdı. Rodriges Almaniyaya köçəndən sonra Daniela Kolumbiyaya dönmüşdü.

Tatyana Zuluaqa cütlüyün normal şəkildə ayrıldığını, bir-birilərinə olan sevgi və hörmətin hər zaman davam edəcəyini bildirib.

Qeyd edək ki, cütlük evlənəndə Xames 19, Daniela 18 yaşında olub. 7 illik həyat yoldaşından boşanan Rodriges 2014-cü ildə "Real"a 75 milyon avroya transfer olunmuşdu./fanat.az

Xəbər lenti