Xəzər Xəbər

"Beşiktaş" "Barselona"nın ulduzunu istəyir

İdman | 17:01 • 28 İyul 2017
"Beşiktaş" "Barselona"nın ulduzunu istəyir

Hücumçu axtarışında olan "Beşiktaş" gözünü "Barselona"ya dikib. İstanbul klubu Munir El Haddadini heyətinə qatmaq istəyir.

21 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Valensiya"da çıxış edib. Onun yeni mövsümdə "Barselona"da əsas heyət oyunçusuna çevirilməsi gözlənilmir. "Beşiktaş" bu şansdan yararlanaraq gənc futbolçunu icarəyə götürmək niyyətindədi.

Lionel Messi-Luis Suares-Neymar üçlüyünün kölgəsində qalacağını bilən Munir El Haddadi özü də daha bir mövsüm icarəyə getmək istəyir./fanat.az

Xəbər lenti