Xəzər Xəbər

Kriştiano Ronaldoya şok təklif

İdman | 16:02 • 28 İyul 2017
Kriştiano Ronaldoya şok təklif

Bu yay yeni oyunçulara 200 milyon avrodan artıq pul xərcləyən "Milan" futbol tarixinin ən böyük transferini reallaşdırmaq istəyir. "Sky Sports" xəbər verir ki, İtaliya klubu Kriştiano Ronaldonu heyətinə qatmaq üçün danışıqlara başlayıb.

İddia olunur ki, "Milan" rəsmiləri futbolçunun meneceri Xorxe Mendeslə görüşüb. Düzdü, Ronaldo bir neçə gün əvvəl "Real"da qalacağını açıqlayıb. Amma çinli iş adamlarının satın aldığı "Milan" bu transfer üçün futbol tarixində görünməmiş məbləği ayırmağa hazırdı.

Bu arada açıqlama verən "Real"ın baş məşqçisi Zinəddin Zidan ilginc açıqlama verib. Fransız mütəxəssis Kriştiano Ronaldo, Qaret Beyl və Kərim Benzema üçlüyünün komandada qalmasını istədiyini, amma qarşıdakı günlərdə nələrin olacağını bilmədiyini deyib: "Ümid edirəm ki, onlar komandada qalacaq. Amma transfer pəncərəsi avqustun 31-ədək açıqdı və nələrin olacağını bilmək olmaz"./fanat.az

Xəbər lenti