Xəzər Xəbər

"Qalatasaray" Luçesku xəbərini təsdiqlədi: "Görüşməyə gedirəm"

İdman | 15:03 • 28 İyul 2017
"Qalatasaray" Luçesku xəbərini təsdiqlədi:

"Qalatasaray" Mirça Luçseku ilə danışıqlar aparmasını təsdiqləyib. Bu barədə klubun İdarə Heyətinin üzvü, Basketbol Şöbəsinin rəhbəri Can Topsakal açıqlama verib.

Luçesku ilə danışıqlar aparmaq üçün Rumıniyaya gedən klub rəsmisi mütəxəssisin baş məşqçi postuna gəlməycəyini bildirib: "Lüçesku məsələsi doğrudu. İlkin danışıqlar aparmaq üçün yanınna gedirəm. Anlaşa bilsək, prezidentimiz özü də görüşəcək. Luçesku bütün futbol şöbələrinə nəzarət edəcək. Bəlkə İdarə Heyətinə də qəbul etdik. Geniş səlahiyyətləri olacaq. Əlimizdəki futbolçuları göstərəcəyik. O, da lazım olan əskikləri deyəcək".

Xəbər lenti