Xəzər Xəbər

İbrahimoviç bombası partlayır

İdman | 17:33 • 27 İyul 2017
İbrahimoviç bombası partlayır

Zlatan İbrahimoviç yenidən "Mançester Yunayted"də çıxış edə bilər. Baş məşqçi Joze Mourinyonun isveçli ulduzdan vaz keçmədiyi bildirilir.

İddia olunur ki, ötən mövsüm ağır zədə alan İbrahimoviç sağaldıqdan sonra - bu ilin sonlarında "Mançester Yunayted"in formasını geyinə bilər. Portuqaliyalı mütəxəssis də onun komandaya dönməsinə razıdı.

Qeyd edək ki, Mourinyo bir müddət əvvəl İbrahimoviçin komandaya dönə biləcəyinə işarə vurmuşdu. 84,7 milyon avroya transer olunan Romelu Lukakunun transferindən danışan mütəxəssis "Hücumçu almaq üçün çox pul xərclədik. Bu bölgə üçün çox pul xərcləməsən bir şey ala bilməzsən. Bu pulu Zlatanın zədəsi üçün xərclədik. Mövsümün ilk 6 ayında onun yerini doldura bilməzdik" demişdi. Onun "ilk 6 ay" sözləri İbrahimoviçin yenidən komandaya dönəcəyini deməyə əsas verir./Fanat.Az

Xəbər lenti