Xəzər Xəbər

Bu gün “Qəbələ” “Panatinaikos” ilə ilk oyuna çıxacaq

İdman | 11:12 • 27 İyul 2017
Bu gün “Qəbələ” “Panatinaikos” ilə ilk oyuna çıxacaq

Bu gün "Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Bu mərhələ çərçivəsində Azərbaycan təmsilçisi səfərdə Yunanıstanın "Panatinaikos” komandası ilə qarşılaşacaq.

Görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Xuan Martines Munuera olacaq. Ona həmyerliləri Dieqo Barbero Sevilya və Sezar Manuel Noval Font kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopez yerinə yetirəcək.

Afinadakı "Apostolos Nikolaidis” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq.

"Qırmızı-qaralar” iki görüşün nəticəsinə görə Yunanıstan təmsilçisindən üstün olsalar, pley-off mərhələsinə yüksələcəklər.

Xatırladaq ki, Azərbaycan təmsilçisi ikinci təsnifat mərhələsində Polşanın "Yagelloniya” klubunu mübarizədən kənarlaşdırmışdı.

Xəbər lenti