Xəzər Xəbər

Mirça Luçesku: "Qalatasaray"la anlaşdım"

İdman | 17:57 • 26 İyul 2017
Mirça Luçesku:

"Qalatasaray" İqor Tudorla yola davam edəcəyini açıqlasa da, Türkiyə mətbuatı klub rəhbərliyinin Mirça Luçesku ilə danışıqlar apardığını iddia edir.

Bu gün rumın mütəxəssisla anlaşmanın əldə olunuduğu barədə xəbər yayılıb. Bildirilir ki, Luçesku Türkiyədəki dostlarından birinə "Qalatasaray"la anlaşdım" deyib.

Məlumata görə, "Qalatasaray" rəhbərliyi hazırda Tudorun müqaviləsini pozmağa çalışır. Xorvat mütəxəssisin bir milyon avro maaş tələb etdiyi, "Qalatasaray"ın isə onu 400 min avro ilə yola salmağa çalışdığı deyilir.

Xəbər lenti