Xəzər Xəbər

"Real" əsrin transferini etdi: 222 milyon avro

İdman | 14:24 • 26 İyul 2017
"Real" əsrin transferini etdi:

"Real" Kilian Mbappenin transferini bitirib. Bu iddia ilə "Marca" qəzeti çıxış edib.

Madrid klubuna yaxınlığı ilə tanınan qəzetin məlumatına görə, "Real" bu transferə görə "Monako"ya 150 milyon avro ödəyəcək. Amma transferin ümumi dəyəri 180 milyon avro olacaq. Qalan 30 milyon avro performansa görə bonus olaraq veriləcək.

Transfer rəsmiləşəcəyi halda Mbappe dünyanın ən bahalısı olacaq. Hazırda dünyanın ən bahalı transferi Paul Poqbadı.

"Marca" iddia edir ki, Mbappe "Real"la 6 illik müqavtilə imzalayacaq və ildə 7 milyon avro maaş alacaq. Bununla da onun tansferi "Real"a 222 milyon avroya başa gələcək.

Xəbər lenti