Xəzər Xəbər

"Barselona" transfer bombasını partlatdı: 80 milyon

İdman | 14:17 • 26 İyul 2017
"Barselona" transfer bombasını partlatdı:

"Barselona" uzun müddətdi heyətinə qatmağa çalışdığı Filip Kountinyonun transferini yekunlaşdırır. Kataloniya klubu braziliyalı futbolçu ilə anlaşıb.

İddia olunur ki, tərəflər arasında razılaşdırılmayan yeganə məsələ maaşdı. "Barselona" "Liverpul"da illik 9 milyon avro alan futbolçunun maaşını mümkün qədər aşağı salmağa çalışır. Tərəflərin 8 milyon avro civarında anlaşma əldə edəcəyi gözlənilir.

Kountinyonun "Barselona"ya getmək qərarı verməsindən sonra "Liverpul"un da geri çəkildiyi deyilir. Belə ki, "Barselona"nın 75 milyon avroluq təklifini qəbul etməyən Premyer Liqa klubu braziliyalını 100 milyondan aşağı qiymətə satmayacağını açıqlamışdı. İngilislərin İspaniyadan gələn növbəti - 80 milyonluq təkliflə razılaşacığı bildirilir.

Qeyd edək ki, Kountinyo 2013-cü ildə "İnter"dən "Liverpul"a 13 milyon avroya transfer olunub. Hazırda "Transfermakt" ona 45 milyon avro qiymət qoyub.

Xəbər lenti