Xəzər Xəbər

Xavyer Ernandes Premyer Liqaya qayıtdı

İdman | 16:29 • 25 İyul 2017
Xavyer Ernandes Premyer Liqaya qayıtdı

"Bayer”in hücumçusu Xavyer Ernandes (Çiçarito) karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Ernandes Londonun "Vest Hem” klubu ilə müqavilə bağlayıb. Meksika millisinin futbolçusu"çəkicdöyənlər”lə 3 illik anlaşma imzalayıb. Çiçaritonun transfer London klubuna 16 milyon funt-sterlinqə başa gəlib.

29 yaşlı forvard 2010-2015-ci illərdə "Mançester Yunayted”in şərəfini qoruyub və 103 oyuna 37 qol vurub.

Xəbər lenti