Xəzər Xəbər

Fatih Terimə ağır sözlər: "Qürurunla istefa ver"

İdman | 18:28 • 24 İyul 2017
Fatih Terimə ağır sözlər:

Türkiyə millisinin baş məşqçisi Fatih Terimin restoranda saldığı dava müzakirə mövzusu olaraq qalır. Milli komandanın sabiq qapıçısı Rüştü Rəncbər də olaya münasibət bildirib.

Veteran qolkiper öz köşəsində "İmperator"u istefaya çağırıb: "Öncəliklə hocam, olay harda, necə, hansı şəkildə olursa-olsun, yüz faiz haqlı belə olsanız, etdiyiniz çox yanlış var. Əslində siz də bunun fərqindəsiniz. Bir anlıq hirslə də, həddən artıq təhriklə də olsa, bu yalnış ortadan qalxmaz.

Hamımız bir şeyləri dəyişdirmək, inkişaf etdirmək və gözəl bir nöqtəyə çatdırmaq üçün əmək sərf edərkən, idmanın başındakı insanlarının etdiyi hərəkətləri qəbul etmək mənə yaraşmaz.

Ən bəsitindən,

- Bu ölkədə uşaqlar var.

- Bu ölkədə gənclər var.

Bu ölkədə idmanı gerçək anlamı ilə sevənlər var.

Bu səbəblərdəndir ki, bəlli mövqeylərə çatmış insanların sadəcə özlərinə və ailələrinə deyil, topluma qarşı da məsuliyyətləri var.

Əgər o insanlar, bu məsuliyətlərin altında əzilir, ya da güc zəhərlənməsi yaşayırsa, bu dəfə lazımı orqanlar öz vəzifələrini yerinə yetirməlidir.

Nəticə olaraq...

- Şəxs olaraq kim olursa-olsun, vəzifəsindən sui-istifadə edirsə, üzr istəyib vəzifəsini tərk etməlidir.

- O getmirsə, lazımı orqanlar tərəfindən istefaya göndərilməlidir.

- Heç biri olmadımı? O zaman sözü yeni idman naziri söyləyəcək.

- O da olmadımı? Artıq təlimat verəcək şəxs bəllidir!

Arda Turan örnəyi

Deyə bilərlər ki, "Əfəndim insanlar səhv edə bilər, xoş görmək lazımdır..." O zaman Arda Turan örnəyini göstərim. Bir səhv etdi, üzr istədi və daha uzun illər geyinəcəyi milli formanı buraxıb getdi.


İdi hocam... Biriləri sizi işdən çıxartmadan qürurunuzla getməyiniz lazım deyilmi?


Və kimsə "Dünya çempionatına qatılmaq uğurunda mübarizə aparırıq. İşi böyütməyək" deməsin.


Bəzi vəziyyətlər var ki, bir qərar veriləndə zərər görərkən, əslində doğruluğun təməli atılır. Qarşılığını da zamanla alarsınız.


Hocam... Mətbuat konfransındakı çıxışınız hansı nöqtədə olduğunu bir daha göstərdi. Bəhanənizin üzürü belə qəbahətinizdən böyükdür. Çünki hocam, bu ölkənin polisi var, prokuroru var, məhkəməsi var!"

Xəbər lenti