Xəzər Xəbər

Futbol tarixinin transfer rekordu qırıldı RƏSMİ

İdman | 18:10 • 24 İyul 2017
Futbol tarixinin transfer rekordu qırıldı
"Mançester Siti" Benjamin Mendinin transferini rəsmiləşdirib. Premyer Liqa klubu bu barədə rəsmi açıqlama yayıb.

Seneqal əsilli fransalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Mançester Siti" bu transferə görə "Monako"ya 57,5 milyon funt-sterlinq ödəyib. Bununla da Benjamin Mendi futbol tarixinə düşüb. Belə ki, o, futbol tarixinin ən bahalı müdafiəçisi olub. Bundan əvvəlki ən bahalı müdafiəçi transferi də "Mançester Siti"yə məxsus idi və bu yay reallaşmışdı. Belə ki, "şəhərlilər" "Tottenhem"dən Kile Ualkeri 55 milyon avroya almışdı. Maraqlıdı ki, üçüncü ən bahalı müdafiəçi transferi də "Mançester Siti"yə məxsusdu. Premyer Liqa klubu ötən yay "Everton"dan aldığı Con Stonesin transferinə 53 milyon avro ödəyib.

Qeyd edək ki, Benjamin Mendi 2016-cı ilin yayında "Marsel"dən "Monako"ya 13 milyon avroya transfer olunmuşdu.

Xəbər lenti