Xəzər Xəbər

"Yuventus" "Fiorentina"nın futbolçusunu transfer etdi

İdman | 18:06 • 24 İyul 2017
"Yuventus" "Fiorentina"nın futbolçusunu transfer etdi

"Yuventus" heyətini gücləndirməkdə davam edir.

Turin klubu "Fiorentina"nın yarımmüdafiəçisi Federiko Bernardeskini transfer edib.

"Qoca sinyora" 23 yaşlı futbolçu üçün "bənövşəyilər”ə 40 milyon avro ödəyəcək. Müqavilənin bəndində 5 milyon avro bonus da yer alıb. italiya yığmasının üzvünün illik maaşı 4 milyon avro olacaq.

Qeyd edək ki, Bernardeski 2013-cü ildən "Fiorentina"nın əsas kmandasında çıxış edirdi. O, 2016-cı ildən İtaliya millisinə dəvət alır.

Xəbər lenti