Xəzər Xəbər

"Beşiktaş" 21 yaşlı futbolçu ilə gücləndi

İdman | 18:02 • 24 İyul 2017
"Beşiktaş" 21 yaşlı futbolçu ilə gücləndi

Son Türkiyə çempionu olan "Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.

İstanbul təmsilçisi "Qaziantepspor"dan yarımmüdafiəçi Orkan Çınarı transfer edib. 21 yaşlı futbolçu ilə 4 illik rəsmi müqavilə imzalanacaq. "Qara qartallar" gənc yarımmüdafiəçinin keçidi üçün Qaziantep təmsilçisinə 1,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Orkan Çınar 3 mövsümdür "Qaziantepspor"da çıxış edirdi. O, son mövsümdə meydanda olduğu 21 qarşılaşmada 3 qol və 2 məhsuldar ötürmənin müəllifi olub.

Xəbər lenti