Xəzər Xəbər

"Lukaku və Morata eyni səviyyədə olan futbolçulardır"

İdman | 14:19 • 24 İyul 2017
"Lukaku və Morata eyni səviyyədə olan futbolçulardır"

"Çelsi"nin baş məşqçisi Antonio Konte Romelu LukakuAlvaro Morata arasında müqayisə aparıb.

İtalyan mütəxəsis onları eyni səviyyəli futbolçular kimi təqdim edib.

"Lukakunu prioritet transfer kimi nəzərdən keçirməyim böyük əhəmiyyət daışımır. Mənə görə, o və Morata eyni səviyyədə olan futbolçulardır. "MU" və "Çelsi" kimi nəhəng klublara layiqdirlər. Son 3 ildə Morata xeyli artırıb. İndi Alvaro Avropanın ən güclü hücumçularından biridir. Onun potensialı böyükdür və hələ inkişaf etmək imkanları var. Ötən mövsüm oyun praktikasının azlığına görə "Real"ın heyətində 19 oyuna 20 qol vurmuşdu. Morataya daha yaxşı olmaqda kömək etmək istəyirəm".

Xəbər lenti