Xəzər Xəbər

“Real”ın müdafiəçisi “Mançester Siti”də

İdman | 13:45 • 24 İyul 2017
“Real”ın müdafiəçisi “Mançester Siti”də

"Real”ın futbolçusu Danilonun "Mançester Siti”yə keçidi rəsmiləşib.

Braziliyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Mançester Siti”nin Madrid klubuna 35 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm "Real”ın heyətində 17 oyuna çıxan Braziliya millisinin üzvü 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbər lenti