Xəzər Xəbər

Vrotslavda Dünya Oyunları başlanıb

İdman | 17:07 • 21 İyul 2017
Vrotslavda Dünya Oyunları başlanıb

Vrotslavda Dünya Oyunları – Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə beynəlxalq yarışlar başlanıb.

Bu, iştirakçıların sayına görə qeyri-Olimpiya idman növləri üzrə rekord oyunlar olacaq. Vrotslava dünyanın hər yerindən ümumilikdə 111 milli yığma gəlib ki, bu da dörd il əvvəl Kolumbiyanın Kali şəhərində keçirilmiş yarışlardan 8 yığma çoxdur. İdmançıların sayına görə ən böyük yığma Polşanındır – yığmaya 215 idmançı daxildir, ondan sonra Fransa, Rusiya və ABŞ komandaları gəlir.

Vrotslavdakı Dünya Oyunlarında idmanın 27 növü və əlavə olaraq spidvey, Amerika futbolu, kikboksinq və qapalı hovuzlarda avarçəkmə kimi dörd idman növü təqdim edilir.

İdman tədbiri 10 gün davam edəcək. (AZƏRTAC)

Xəbər lenti