Xəzər Xəbər

Sneyder "Qalatasaray"dan ayrıldı

İdman | 12:02 • 15 İyul 2017
Sneyder "Qalatasaray"dan ayrıldı

XezerXeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun 2017/2018 mövsümü üçün alacağı maaşdan imtina etdiyi bildirilib.

Bundan başqa, U.Sneyderin qarşıdakı 3 il ərzində Türkiyədə başqa bir kluba transfer olunacağı təqdirdə, "Qalatasaray"a 20 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.

Qeyd edək ki, U.Sneyder ötən mövsüm 33 matçda 5 qol vurub, 17 qolun ötürməsini verib.

Xəbər lenti