Xəzər Xəbər

“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

İdman | 14:16 • 14 İyul 2017
“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkatmada Azərbaycan çempionu "Qarabağ”ın da rəqibi müəyyənləşəcək. II təsnifat mərhələsində Gürcüstanın "Samtredia” klubu ilə qarşılaşan Ağdam təmsilçisinin yer aldığı cütün rəqibi bəlli olacaq.

"Qarabağ”ın cütü Çempionlar yolundakı 20 iştirakçıdan biridi. Bunlar 17 cütlük və mübarizəyə yeni qoşulacaq 3 komandadı. "Qarabağ” reytinqinə görə səpələnmişlər səbətindədi ki, komandanın potensial rəqibləri sırasında 8 cütlük və 2 klub yer alıb.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.

Püşkdən bir az əvvəl UEFA komandaları qruplara bölüb. Artıq "Qarabağ” üçün mümkün variantların sayı 5-ə, rəqiblərinin sayı 9-a enib. Bunlar "Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) cütünün qalibi, "Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi, "Şerif” (Moldova) - "Kukesi” (Albaniya) cütünün qalibi, "Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan) cütünün qalibi və "Vitorul” (Rumıniya) klubudu.

Çempionlar Liqası

III təsnifat mərhələsi

"Slaviya” (Çexiya) -BATE (Belarus) - "Alaskert” (Ermənistan) cütünün qalibi

"Spartak” (Latviya) - "Astana” (Qazaxıstan) cütünün qalibi-"Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa) cütünün qalibi

"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya) cütünün qalibi -

"Hafnarfyordur” (İslandiya) - "Vikinqur” (Farer adaları) cütünün qalibi

"Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka) cütünün qalibi -

"Malmö” (İsveç) - "Vardar” (Makedoniya) cütünün qalibi -

"Linfild” (Şimali İrlandiya) - "Seltik” (Şotlandiya) cütünün qalibi -"Dandalk” (İrlandiya) - "Rusenborq” (Norveç) cütünün qalibi

"Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan) cütünün qalibi -

"Jalgiris” (Litva) – "Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

"Vitorul” (Rumıniya) -APOEL (Kipr) - "Dudelanj” (Lüksemburq) cütünün qalibi

"Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) cütünün qalibi -"Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

"Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) cütünün qalibi -

"Şerif” (Moldova) - "Kukesi” (Albaniya) cütünün qalibi

"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) cütünün qalibi -"Olimpiakos” (Yunanıstan)

Qeyri-çempionlar yolu

"Styaua” (Rumıniya) - "Viktoriya” (Çexiya)

"Nitsa” (Fransa) - "Ayaks” (Hollandiya)

"Dinamo” (Kiyev, Ukrayna) - "Yanq Boyz” (İsveçrə)

AEK (Yunanıstan) - MOİK (Rusiya)

"Brügge” (Belçika) - "Başakşehər” (Türkiyə)


Xəbər lenti