Xəzər Xəbər

"Barselona"dan gözlənilməz Arda Turan qərarı

İdman | 18:02 • 13 İyul 2017
"Barselona"dan gözlənilməz Arda Turan qərarı

"Barselona"dan gedəcəyi iddia edilən Arda Turanla Yaponiyaya göndərilib. Türk futbolçu klub rəhbərliyi tərəfindən yeni sponsor "Rakuten"in Yaponiyada təşkil olunan tədbirinə göndərilib.

Onunla yanaşı, tədbirdə Lionel Messi, Neymar və Cerard Pike iştirak edib. "Barselona"nın bu qərarı İspaniyada təəccüblə qarşılanıb. Mətbua klubdan göndəriləcək futbolçunun belə bir tədbirə göndərilməsinin səbəbini başa düşməyib.

"El Mundo Deportivo"da Arda Turanın Yaponiyadakı tədbirə qatılmasını tənqid edən köşə yazarı Migel Riko "Ardanın orda olması təəccüblüdü. Satılması gündəmdə olan futbolçunun tədbirə göndərilməsinin səbəbi başa düşülən deyil" yazıb.

Xəbər lenti