Xəzər Xəbər

“Mançester Yunayted”i La Liqa klubuna dəyişdi

İdman | 13:31 • 13 İyul 2017
“Mançester Yunayted”i La Liqa klubuna dəyişdi

"Mançester Yunayted”in yarımmüdafiəçisi Adnan Yanuzay karyerasını İspaniyada davam etdirəcək. Belçikalı futbolçu "Real Sosyedad”la anlaşıb.

Baş məşqçi Joze Mourinyonun gələcək planlarına daxil olmayan 22 yaşlı hücumameyilli futbolçu La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Bu keçid "qırmızı şeytanlar”a 10 milyon avro qazandırıb.

Qeyd edək ki, 2013-cü ildən "Mançester Yunayted”in əsas komandasında yer alan Adnan Yanuzay bu müddət ərzində Dortmund "Borussiya”sı və "Sanderlend”də icarə əsasında çıxış edib.

Xəbər lenti