Xəzər Xəbər

UEFA-nın yeni reytinqi "İnter" xalımızı artırdı

İdman | 12:13 • 13 İyul 2017
UEFA-nın yeni reytinqi

Bakı "İnter”inin Avropa Liqasının 2-ci təsnifat mərhələsininin ilk oyununda "Fola”ya (Lüksemburq) qalib gəlməsi (1:0) Azərbaycanın UEFA klub reytinqindəkimövqeyini daha da yaxşılaşdırıb.

"İnter”in qələbəsi ölkəmizin xal ehtiyatını zənginləşdirib.Paytaxt klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız16,250-yə yüksəlib. Bununla da ölkəmiz Bolqarıstan və Belarusu xal ehtiyatında da geridə qoyaraq 21-ci pillədəki yerini möhkəmləndirib. Azərbaycandan 1 pillə irəlidə - 20-ci yerdə olan İsrailin isə 17.375 xalı var.

Qeyd edək ki, cari mövsümdə klublarmız meydana çıxdığı 6 görüşün hamısında qalib gələrək maksimum – 1.500 xal toplayıb.

Əlavə edək ki, reytinqə 88.998 xalı olan İspaniya başçılıq edir. Almaniya (63.284) ikinci, İngiltərə (61.819) üçüncü yeri tutur.

Xəbər lenti