Xəzər Xəbər

Messi hər həftə 1 milyon funt qazanacaq

İdman | 18:05 • 9 İyul 2017
Messi hər həftə 1 milyon funt qazanacaq

"Barselona” futbol klubunun hücumçusu Lionel Messi hər həftə 1 milyon funt qazanacaq.

Xezerxeber.az-ın  məlumatına görə, bu barədə "The Times” qəzeti məlumat yayıb.

L. Messi dünyada belə əmək haqqı alan ilk futbolçu olacaq. L. Messinin tez-tez müqayisə edildiyi Madridin "Real” klubunun hücumçusu Kriştian Ronaldo hər həftə üçün 365 min funt alır.

Qeyd edək ki, bundan əvvəl "Barselona” L. Messi ilə müqavilənin müddətini 2021-ci il iyunun 30-dək uzadılacağını bəyan edib. Müqavilə yaxın vaxtlarda imzalanacaq. Beləliklə, L. Messinin il ərzində 54,8 milyon funta qədər gəliri olacaq.

Xəbər lenti