Xəzər Xəbər

Futbolçu transferinə 100 faizlik vergi tətbiq ediləcək

İdman | 17:23 • 5 İyul 2017
Futbolçu transferinə 100 faizlik vergi tətbiq ediləcək

Çin hökuməti xaricdən gətirilən oyunçular üçün yerli futbol klublarından tutulan vergiləri ikiqat artıraraq 100 faizə çatdıracaq. Bu qərar klublarda yerli istedadları inkişaf etdirməyə stimul yaratmaq məqsədilə qəbul edilib.

Xezerxeber.az "vergiler.az” saytına istinadla bildirir ki, hazırda əcnəbi futbolçular Çin çempionatında oynamaq üçün böyük məbləğlər tələb edirlər.

Ümumilikdə isə bu vergi bütün xarici futbolçuların transferinə aid edilməyəcək, yalnız transfer qiyməti 6,3 milyon dollardan artıq olan idmançılar üçün ödəniləcək. Əcnəbi futbolçuların alınmasına böyük pul xərcləyən klublar eyni məbləği Gənclərin İnkişafı Birliyinin fonduna köçürməlidirlər. İyulun 14-də transfer pəncərəsinin bağlanmasına qədər bu vergi qüvvədə olacaq.

Deyilənə görə, 100 faizlik vergi qiyməti 3 milyon dollardan artıq olan yerli futbolçulara da tətbiq olunacaq.

Xəbər lenti