Xəzər Xəbər

Əsrin TRANSFERİ baş tutur: Neymar o kluba gedir

İdman | 15:09 • 4 İyul 2017
Əsrin TRANSFERİ baş tutur:

İspaniyanın məşhur futbol dərgisi "Don Balon" şok iddia ilə çıxış edib. Dərgi "Mançester Yunayted"in Neymarı transfer üçün hərəkətə keçib.

Məlumatda bildirilir ki, baş məşqçi Joze Mourinyo əsrin transferi hesab olunacaq keçidin baş tutmasını israrla istəyir. "Qırmızı-şeytanlar" bu məqsədlə futbolçunun müqaviləsindəki 200 milyon avroluq maddədən yararlanacaq. Neymar özü də İngiltərəyə getmək istədiyindən "Mançester Yunayted" bu məbləği ödəyib onu heyətinə qatacaq. (fanat.az)

Xəbər lenti