Xəzər Xəbər

Malili hücumçu "Qəbələ"də

İdman | 12:50 • 3 İyul 2017
Malili hücumçu "Qəbələ"də

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Xezerxeber.az-ın klubun saytına istinadən məlumat verir ki, İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan "qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib. Belə ki, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il "qırmızı-qara” forma geyinəcək.

1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. F.Kone 2012-2016-cı illərdə "Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə "Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il "Göztəpə” ilə anlaşıb. 2016/17 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda "Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.

Xəbər lenti